fbpx

Ceyhun Bayramovla Türk Dövlətləri Təşkilatının Baş katibi arasında telefon danışığı olub

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev arasında telefon danışığı olub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, 21 mart 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev ilə telefon danışığı baş tutub.

Tərəflər, Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı məsələləri, o cümlədən təşkilatın VIII Zirvə Görüşünün qərarlarının icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Türk Dövlətləri Təşkilatının beynəlxalq təşkilatlarla əməkdaşlığı məsələləri, xüsusilə də İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində əməkdaşlıq müzakirə mövzusu təşkil edib.

Tərəflər, həmçinin təşkilatın gələcək tədbirləri ətrafında müzakirələr aparıblar.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu