fbpx

Çörəyin qiyməti yenidən qalxacaq? – MÜHÜM AÇIQLAMA AZ ÖNCƏ GƏLDİ

BEY.AZ informasiya agentliyi xəbər verir


Çörək və digər un məmulatları yenidən bahalaşa bilər.

Belə ki, dünya bazarında buğdanın qiyməti son 2 həftə ərzində 40 faiz bahalaşıb. Çokaqo birjasında taxılın 1 tonu 485 ABŞ dollara təklif olunub. Hansı ki, bu məbləğ ötən il 240 dollar idi. İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, bahalaşma, əsasən RusiyaUkrayna müharibəsi fonunda baş verir. Onun sözlərinə görə, proses dərinləşməkdə davam edəcək. Çünki həm Ukrayna, həm də Rusiya qlobal iqtisadiyyatda ciddi rola malikdir. Ekspertin fikrincə, qiymət artımı ölkəmizə də təsirsiz ötüşməyəcək.

Metbuat.az Xəzər TV-yə istinadən xəbər verir ki, Rəşad Həsənov deyir ki, Azərbaycan buğdanın 80-85 faizini Rusiyadan alır. Ona görə də, şimal qonşumuzun ixracla bağlı qəbul etdiyi qərarlar ölkəmizdə də taxılın qiymətinə təsir edə bilər.

Ekspertin fikrincə, qlobalbahalaşma fonunda,xüsusilə, çörəyin qiyməti sabit saxlanmalıdır. Bununçün müxtəlif alətlər də var.

İqtisadiyyat Nazirliyindən isə “Xəbər Ertəsi”nə bildirildi ki, hazırda bazarda çörəyin qiymətinin bahalaşması müşahidə edilmir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu