fbpx

Çox sayda rus əsgərini öldürüb / FOTOLAR

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukraynada qəhrəman elan edilən və çox sayda rus hərbçisini öldürən “Kömür” ləqəbli qadın snayper ilk dəfə üzə çıxıb.

Metbuat.az xəbər verir ki, kimliyi açıqlanmayan qadın snayper müharibənin ilk günündən ön cəbhədə vuruşaraq, rusların qorxusuna çevrilib. Yerli mənbələr yazır ki, qadın 2017-ci ildə Ukraynanın Dəniz Qüvvələrinin sıralarına qatılıb. “Kömür” o vaxtdan bəri Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərində rusiyameyilli qüvvələrə qarşı mübarizə aparıb. “Times” qəzetinin məlumatına görə, qadın rusiyalı hərbçilər barədə açıqlamasında belə deyib:

“Bunlar insan deyil. Faşistlər belə onlar qədər alçaq deyildi. Onları məğlub etməliyik”.

Kimliyinin üzə çıxmaması üçün siması qismən bağlı saxlanlılan qadın snayper, ikinci dünya müharibəsi dövründə 309 faşisti öldürməklə “Ölüm mələyi” ləqəbini alan ukraynalı əfsanəvi snayper Lyudmila Pavliçenkoya bənzədilir.

Qeyd edək ki, Pavliçenkonun qəhrəmanlığı üç müttəfiq lider Çörçill, Rozvelt və Satlinin də diqqətini çəkmişdi. Liderlər Pavliçenkoyla görüşmək üçün onu cəbhədən saraya dəvət etmişdilər. O, ən ali mdeallarla təltif edilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu