fbpx

Dəridəki ləkələri belə aradan qaldırın

BEY.AZ informasiya agentliyi xəbər verir


Yaz ləkələri Günəşin aktivləşməsindən sonra əsasən tünd dərisi olanlarda yaranır. Onlara ən çox yanaq, alın və dodaq nahiyələrdə rast gəlinir. Günəş ləkələrini aradan qaldırmaq üçün mütləq dermatoloqlara müraciət edilməlidir.

Metbuat.az xəbər verir ki, həkim-kosmetoloq Samirə Əzizova deyib: “Ləkələrin yaranma səbəbləri müxtəlif ola bilər. Onlar hormonal problemlər nəticəsində, habelə qaraciyər xəstəlikləri ilə əlaqədar, aknedən sonra, həmçinin hamiləlikdən əvvəl və hamiləlikdən sonra yarana bilər. İlk növbədə ləkənin mənşəyini müəyyənləşdirmək və ona uyğun müalicə tətbiq etmək lazımdır”.

Günəş ləkələrinin aradan qaldırılmasında krem müalicəsi və kimyəvi pilinqdən istifadə olunur. Xüsusilə də üz nahiyəsində rast gəlinən həmin ləkələr daha çox narahatlıq doğurur. Bunun üçün bir çox təbii müalicə üsulları var. Onlar kimyəvi qatqılarsız olduğundan dəriyə mənfi təsir göstərmir. Alma sirkəsi, qatıq, aloe, kartof və limon kimi təbii vasitələrin ləkə zamanı dəriyə istifadə edilməsi qısa müddət ərzində müsbət nəticələr verir. Günəş ləkələrinə qarşı ən səmərəli vasitələrdən biri də limon suyudur. Onun tətbiqi tez bir zamanda ölü hüceyrələri aradan qaldırır, tünd hissələrin ağarmasına səbəb olur.

“Ləkələr xronikləşmiş proses hesab edilir. Bəzən ona qarşı uzun müddət davam edən müalicə prosedurları aparılır. Düyü maskaları və düyünün limonla qarışıqları çox yaxşı nəticələrə səbəb olur”, – deyə həkim-kosmetoloq bildirib.

Günəşə uzun müddət məruzqalma çillərə bənzəyən ləkələr – melozma yaradır. Ona görə də şüaların birbaşa dəri səthinə düşməsinin qarşısını almaq, dəriyə qoruyucu krem çəkmək, nəmləndirici kremdən istifadə etmək, günəşli havalarda epilyasiya olunmamaq əsas şərtlərdəndir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Dəridəki #ləkələri #belə #aradan #qaldırın

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu