fbpx

Dərman vasitələrinin qiyməti ilə bağlı layihə hazırlanır

BEY.AZ informasiya agentliyi xəbər verir


“Hökumət dərman vasitələrinin qiyməti ilə əlaqədar layihə hazırlayır. Uzun müddət keçməsinə baxmayaraq bu layihə ilə əlaqədar məlumat yoxdur”.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

O bildirib ki, dərman vasitələrinin qiymət məsələsi bizim üçün əsas problemlərdən biridir.

Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qeyd edib ki, tək dərman vasitələrinin qiyməti ilə bağlı deyil, onun keyfiyyəti, əlçatanlığı və digər məsələlərlə bağlı Səhiyyə Nazirliyi və hökumət sənəd üzərində iş aparıb.

“Bu sənədin hazırlanması artıq başa çatmaq üzrədir. Güman edirəm ki, yaxın vaxtlarda bu sənədi görəcəyik. Orada dərman vasitələri ilə bağlı mövcud olan problemlərin həlli nəzərdə tutulub”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Dərman #vasitələrinin #qiyməti #ilə #bağlı #layihə #hazırlanır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu