fbpx
Xəbərlər

Daha bir cüdoçumuz finala yüksəldi

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan cüdoçusu Səid Mollayi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə finala yüksəlib.

Metbuat.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Loik Pyetriyə (Fransa), Tim Qramkova (Almaniya), Sebastian Marcinkievizə (Polşa) və Gilyerme Şmidtə (Braziliya) qalib gəlib.

Eyni çəkidəki Zelim Tçkayev Takeşi Sasaki (Yaponiya) və Frank De Viti (Niderland) mübarizədən kənarlaşdırsa da, Joau Fernandunun (Portuqaliya) müqavimətini qıra bilməyib. Tçkayev təsəlliverici görüşdə Tato Grigalaşviliyə (Gürcüstan) də yenilib.

73 kq-dakı son Avropa çempionu Hidayət Heydərov 1/16 final mərhələsinə təsadüf edən ilk qarşılaşmasında Abdul Malik Umayevə (Belçika) uduzub. Bu çəkidəki Rüstəm Orucov Filip Yovanoviçi (Serbiya) məğlub etsə də, Martin Hojakla (Sloveniya) bacarmayıb.

Qadınların yarışında 63 kq-dakı Aytac Qardaşxanlı 1/8 finalda Coan Van Lesxauta (Niderland), 70 kq-dakı Südabə Ağayeva isə Miriam Butkereitə (Almaniya) uduzub.

Qeyd edək ki, yarışın ilk günündə 66 kq-dakı Yaşar Nəcəfov qızıl medal qazanıb. Azərbaycan Qran Pridə 14 cüdoçu ilə təmsil olunur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu