fbpx

“Danışmağa imkan vermirdin, o veriliş, o da sən”

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, aparıcı İslam Mehrəliyev “Xəzər axşamı” şousundan ayrılıb.

Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, yeni mövsümdən verilişi Mətanət Əliverdiyeva tək aparacaq. Bununla bağlı aparıcılar video çarx hazırlayıblar.

Çarxda İslamın Mətanətə “Onsuz da danışmağa imkan vermirdin. Get, o veriliş, o da sən. Nə qədər istəyirsən, danış” deməsi diqqət çəkib.

Belə ki, ötən mövsümdə də sosial şəbəkədə İslamın proqramda az danışdığı, M.Əliverdiyevanın ona imkan vermədiyi müzakirə olunurdu.

Qeyd edək ki, İslam “Space TV”də tamaşaçıların qarşısına çıxır. O, “Salamlar” adlı səhər proqramına aparıcılıq edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Danışmağa #imkan #vermirdin #veriliş #sən

Bir Cevap Yazın

Başa dön tuşu