fbpx
Xəbərlər

Daşkənddə Özbəkistan və Azərbaycan arasında 11 sənəd imzalandı

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində iki ölkə arasında 11 sənəd imzalanıb.

Bu barədə Metbuat.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

İmzalanan sənədlər arasında Özbəkistan-Azərbaycan İnvestisiya Fondunun yaradılması haqqında hökumətlərarası Saziş, Xivə və Şuşa, Səmərqənd və Gəncə, Buxara və Lənkəran, Kokand və Şəki şəhərləri arasında qardaşlaşma haqqında sənədlər mövcuddur.

Həmçinin, 2023-2025-ci illər üzrə Daşkənd Şəhər İcra Hakimiyyəti ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında iqtisadi-ticarət, elmi-texniki və mədəni-humanitar sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi haqqında Yol Xəritəsi, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Özbəkistanın Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərabçılığın İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bundan başqa, forum çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Özbəkistanın İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyi yanında Sahibkarlığın İnkişafı Agentliyi arasında Əməkdaşlıq Memorandumu, “AzerGold” QSC və Özbəkistanın Dağ-mədən İşi və Geologiya Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma və Razılaşma Memorandumuna da imza atılıb.

Bildirilib ki, “Mega Invest Industrial” MMC şirkəti ilə “NABUCCO A&C” şirkəti arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum, “Cahan Sənaye Kompleksi” MMC ilə “Azimut Plus” MMC arasında əməkdaşlıq üzrə Saziş də imzalanıb.

Qeyd edək ki, 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, AZPROMO-nun təşkilatçılığı ilə keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Daşkənddə #Özbəkistan #və #Azərbaycan #arasında #sənəd #imzalandı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu