fbpx

Deputatın partiyası qeydiyyata alınmadı – Siyahıda adı çəkilən 74 nəfər ölən şəxslər imiş

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Milli Cəbhə Partiyasının (MCP) yenidən qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyi cavab göndərib.

Metbuat.az xəbər verir ki, bu barəd partiyanın sədri, deputat Razi Nurullayev məlumat yayıb.

O qeyd edib ki, 5396 nəfər üzvlərin məlumatı Nazirliyə göndərilib:

Rüya tabirlerini burdan oku

“Onlardan 845 nəfərin məlumatlarının dəqiqləşdirilməsi tələb olunur. 90 nəfər başqa partiyanın üzvü olduğu, 74 nəfərin öldüyü, 5 şəxsin 18 yaşına çatmadığı və 29 nəfərin məlumatlarının təkrarlandığı bildirilir. 210 nəfər MCP üzvü olmadığını deyib (bu məsələni araşdırarıq), 53 telefon nömrəsi 639 partiya üzvünə münasibətdə əlaqə vasitəsi kimi göstərilib (bu təbiidir, çünki ailələr üzv olub, bir telefon göstəriblər, yaxud qadınlar öz telefon nömrələrini yox, yaxınlarının nömrəsini verirlər). Siyahımızda ciddi problemlər yoxdur, deyilən çatışmazlıqları aradan qaldırıb yenidən təqdim edəcəyik”.

Onun sözlərinə görə, təqdim edilən 5396 nəfərdən 3504 nəfər qəbul edilib:

“845 nəfərin sadəcə bəzi məlumatları dəqiqləşdirlməlidir və bunu edəcəyik. Bu rəqəmi də üzərinə gəlsək bu günə aşağı-yuxarı 4349 nəfər var. Hərçənd ki, bizim əlimizdə hələ 2015-ci ildən qalan üzvlər siyahısı var. Onları tam saf-çürük edə bilməmişdik və proses davam edirdi. Yəni biz oturub Ədliyyə nazirliyinin nə deyəcəyini gözləmirdik və bu zaman ərzində partiya mənsubları ciddi işləyib”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Deputatın #partiyası #qeydiyyata #alınmadı #Siyahıda #adı #çəkilən #nəfər #ölən #şəxslər #imiş

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu