fbpx
Xəbərlər

Deputatlar Sankt-Peterburqa gedəcəklər

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Oktyabrın 24-də Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, deputatlar Tamam Cəfərova və Sabir Hacıyev Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) tədbirlərində iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

Milli Məclisdən BEY.AZ-a bildirilib ki, səfər çərçivəsində deputatlar MDB PA-nın Elm və təhsil, Mədəniyyət, informasiya turizm və idman, Hüquqi məsələlər daimi komissiyalarının iclaslarında, həmçinin beynəlxalq konfransda iştirak edəcəklər.

Səfər çərçivəsində Milli Məclisin komitə sədri Bəxtiyar Əliyevin MDB regionunda inteqrasiya mövzusuna həsr olunmuş beynəlxalq konfransda çıxışı nəzərdə tutulur.

Deputatların səfəri oktyabrın 28-də başa çatacaq.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Deputatlar #SanktPeterburqa #gedəcəklər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu