fbpx

Deyib onu götürsün, dolaba baxdım ki…

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Bu güllər yoldaşıma aldığım ilk güllər idi. Onu saxlayırdı. Deyirdim ki, eşqim, at getsin. Cavab verirdi ki, axı bunu mənə sən almısan, necə atım? 9 il saxladı, indidən sonra isə mən saxlayacağam!”

BEY.AZ olay.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal deyib.

“21 yanvar Tünzalə anama deyib ki, mən öləcəyəm. Artıq son günümdür. Röyala de ki, narahat olmasın, sıxıntı çəkməsin. Dolabda 1000 manat pul var. Onu götürsün, yas üçün sıxıntı çəkməsin. Bunu mənə yanvarın 24-ü anam dedi. Dolaba baxdım ki, 2 dənə 500 AZN saxlayıb. Eh Tünzalə, mənim saçlarımın ağardığını görmədin. Deyirdin sənin saçların ağaranda yaraşacaq. Amma mən şanslıyam ki, sənin ağaran saçlarını gördüm” – deyə o bildirib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Deyib #onu #götürsün #dolaba #baxdım #ki..

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu