fbpx

DGK sahibkarların müraciətinə reaksiya verməyib

BEY.AZ informasiya agentliyi xəbər verir


Bir müddət əvvəl Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) quş əti və yumurta istehsalçılarının çətinlikləri, ehtiyaclarını müzakirə etmək üçün dövlət qurumlarına müraciət edib.

Assosiasiyadan Metbuat.az-a verilən məlumata görə, müraciət olunan dövlət qurumlarının hamısı APEPEA üzvləri ilə görüşərək, problemlərini dinləyib, onların həlli istiqamətində müəyyən addımlar atılmağa başlanıb:

“Hətta özəl şirkət olan “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbərliyi də quş əti və yumurta istehsalçıları ilə görüşərək, “Araz” və “OBA” marketlər şəbəkələri ilə yaranan problemləri müzakirə ediblər”.

APEPEA-dan o da bildirilib ki, indiyədək müraciət etdikləri qurumlardan yalnız Dövlət Gömrük Komitəsindən sahibkarların müraciətinə hər hansı reaksiya verilməyib:

“Halbuki quş əti və yumurta istehsalçıları bir neçə istiqamətdə gömrük orqanları ilə çətinliklər yaşamaqdadırlar. Məsələn, qanunvericiliyə əsasən kənd təsərrüfatı istehsalı və emalı üçün gətirilən avadanlıqlar idxal rüsumlarından azaddır. Lakin gömrük orqanları ən müxtəlif bəhanələrlə quş əti və yumurta istehsalçılarının gətirdikləri istehsal avadanlıqlarını rüsuma cəlb etməyə çalışırlar. Əvəzində isə Türkiyədə topdansatış qiyməti 50 sent olan 1 günlük cücələrin Azərbaycana idxalını 25 sentə rahatlıqla rəsmiləşdirirlər. Özü də Türkiyədəki satış qiymətlərini təsdiq edən sənədləri dəfələrlə Dövlət Gömrük Komitəsi rəsmilərinə təqdim etdiyimiz halda. Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq güman edirik ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin bu məsələlərdən xəbəri yoxdur. Buna görə də onunla görüşmək niyyətimizi kütləvi informasiya vasitələrinin köməyi ilə özünə çatdırmaq qərarına gəldik”, – deyə məlumatda qeyd olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu