fbpx

DGK yanında İctimai Şura yaradılır

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Dövlət Gömrük Komitəsi (DGK) yanında İctimai Şura yaradılır.

Bu barədə Metbuat.az-a DGK-dan bildirilib. Məlumata görə, sentyabrın 13-də Komitə yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə Seçki Komissiyası yaradılıb. İctimai Şura üzvlüyünə seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyasının qərarına əsasən namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün müddət 28 sentyabr 2023-cü il tarixdən başlayaraq 20 iş günü müddətində müəyyən edilib.

Müraciətlər üzrə qeydiyyat 25 oktyabr 2023-cü il saat 18:00-da başa çatır. Seçki Komissiyasının qərarı ilə İctimai Şura üzvlərinin say həddi 9 nəfər olaraq müəyyən edilib. Qeyd edilib ki, mənsubiyyətindən asılı olmayaraq, gömrük işi sahəsində təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının fəaliyyət qabiliyyətli vətəndaşı üzv ola bilər.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #DGK #yanında #İctimai #Şura #yaradılır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu