fbpx

Diaspor Komitəsi ermənilərin Parisdəki hücumunu qınadı

BEY.AZ informasiya agentliyi xəbər verir

İyunun 16-da Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində ERE televiziya kanalının Qarabağ və Şuşa şəhərindən hazırladığı “Qarabağa gedən yol” adlı sənədli filminin təqdimatı keçirilib.

Bu barədə Metbuat.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, filmdə 30 il əvvəl Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın hərbi təcavüzü ilə üzləşməsindən, Birinci və İkinci Qarabağ müharibələrindən bəhs olunub. Erməni işğalı dövründə Azərbaycan ərazilərinin viran edilməsi, şəhərlərin, kəndlərin və bütün infrastrukturun dağıdıldığı nümayiş olunub. Ağdamın “Qafqazın Xirosiması” adlandırıldığı qeyd edilərək, məsciddə heyvanlar saxlanıldığı göstərilib, Azərbaycan Ordusunun Zəfərindən sonra Şuşada, eləcə də digər azad edilmiş Azərbaycan rayonlarında aparılan quruculuq işləri də nümayiş olunub.

Mərasim zamanı FRA Nor Seround adlı təxribatçı erməni təşkilatının daşnak gəncləri Mərkəzə hücum edib. Nəticədə tədbirin iştirakçısı, uzun illərdir Fransada yaşayan azərbaycanlı Aytən Muradova xəsarət alıb.

Bu hadisə Fransada və dünyanın digər ölkələrində yaşayan azərbaycanlıların və Azərbaycan diaspor təşkilatlarının kəskin narahatlığına səbəb olub. Xoşagəlməz olayın Fransa kimi demokratik prinsiplərə, insan haqları və təhlükəsiz yaşamaq kimi ali dəyərlərə sahib bir ölkədə baş verməsi isə ikiqat təəssüf doğurur. Çünki keçirilən tədbirlərdə bu kimi halların baş verməsi azərbaycanlıların bu ölkədə rahat və təhlükəsiz yaşamaq kimi əsas hüquqlarını sual altına qoyur.

Parisin mərkəzində belə bir hadisənin baş verməsindən təəssüf hissi keçirir, hadisəni törədənlərin əməllərinin Fransa qanunları və beynəlxalq hüquqa uyğun şəkildə qiymətləndiriləcəyinə ümid edirik.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu