fbpx

Dilarə Əliyeva xəstəxanadan evə buraxıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Martın 22-də Abşeron rayonu ərazisində qəza nəticəsində həyat yoldaşını itirən, özü isə yüngül xəsarət alan Əməkdar artist Dilarə Əliyeva müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Report-a D.Əliyevanın qardaşı Vüsal Murtuzəliyev məlumat verib.

O bildirib ki, D.Əliyeva həyat yoldaşı Oqtay Əliyevin vida və dəfn mərasimində iştirak edə biləcək.

Xatırladaq ki, mərhum bu gün torpağa tapşırılacaq.

Qeyd edək ki, martın 22-də Abşeron rayonunda qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev vəfat edib. Qəza nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Dilarə #Əliyeva #xəstəxanadan #evə #buraxıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu