fbpx

DİM-dən Ramin Bayramlı ilə bağlı AÇIQLAMA: Yeni vəzifə verilib?

BEY MEDIA İnformasiya agenti xəbər verir


Xəbər verdiyimiz kimi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin keçmiş sədri Ramin Bayramlının Dövlət İmtahan Mərkəzində yeni vəzifəyə təyinat alması ilə bağlı məlumat yayılıb.

Qeyd olunub ki, R.Bayramlı müşavir vəzifəsinə təyin edilib.

Bu məsələ ilə bağlı DİM rəsmisi Xanlar Xanlarzadə səsləndirilən fikirlərə münasibət bildirib. Mətbuat katibi Metbuat.aza özəl olaraq bildirib ki, yayılan xəbərlərin əsası yoxdur, həqiqətə uyğun deyil.

Məlumat üçün bildirək ki, Ramin Bayramlının Dövlət İmtahan Mərkəzində (DİM) fəaliyyətini davam etdirəcəyi xəbərinə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də münasibət bildirərək manşet.az-a bildirmişdi ki, Ramin Bayramlı DİM-də qeyd olunan vəzifəyə təyinat almayıb.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu