fbpx

DİM I və IV qruplar üzrə test tapşırıqlarının izahını yayıb

BEY.AZ informasiya agentliyi xəbər verir

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 4-5 iyun 2022-ci il tarixlərində keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını yayıb.

DİM-dən Metbuat.az-a verilən xəbərə görə, abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 4-5 iyunda keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını əldə edə bilərlər.

Bildirilib ki, imtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) DİM-in internet saytının “Xidmətlər” bölməsində > “E-xidmətlər” > “DİM-in nəşrlərinin elektron versiyalarının onlayn satışı” > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Xatırladaq ki, həmin hissədə 21-22 may tarixlərində keçirilən II və III ixtisas qrupları üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqlarının da izahı yerləşdirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu