fbpx

DİM ötən gün keçirilən imtahanda qeydə alınan problemə aydınlıq gətirib

BEY.AZ informasiya agentliyi xəbər verir

Dövlət İmtahan Mərkəzi (DİM) ötən gün keçirilən doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanlarında qeydə alınan problemə aydınlıq gətirib.

DİM-dən Metbuat.az-a bildirilib ki, bu imtahanlarda iştirakçıların dinləyib-anlama bacarıqları da yoxlanılır.

“Təəssüf ki, dünən keçirilən imtahanda istifadə olunan dinləmə mətnlərinin (monoloq və dialoq) səsləndirmə qurğusundakı ardıcıllığı (əvvəl monoloq, sonra dialoq) və onlara cavab vermək üçün kitabçada olan dinləmə mətnləri (əvvəl dialoq, sonra monoloq) üzrə sualların ardıcıllığı dəyişik verilib. Qeyd olunan hal aşkar olunduqdan sonra bu uyğunsuzluq haqqında imtahan iştirakçılarına məlumat verilib və dinləmə mətnləri yenidən səsləndirilərək onlara kitabçada olan uyğun sualların (monoloq üzrə 6-10, dialoq üzrə 1-5) hansılarına bu mətn əsasında cavab vermək lazım olduğu bir daha izah olunub, həmçinin müəyyən vaxt itkisinə yol verildiyi üçün imtahanın müddəti əlavə olaraq 30 dəqiqə artırılıb. Yəni bu uyğunsuzluğun yaratdığı anlaşılmazlığı yerində aradan qaldırmaq mümkün olub.

Bununla belə, baş verən uyğunsuzluqla əlaqədar bütün imtahan iştirakçılarından üzr istəyirik. Baş vermiş halla əlaqədar dinləmə mətnlərinin cavablandırılmasında çətinlik çəkdiklərini iddia edən iştirakçıların müraciəti əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən onların bu imtahandakı yalnız dinləmə bloku üzrə nəticələri ləğv edilərək həmin blok üzrə yenidən imtahan təşkil olunacaq. Bu imtahandan toplanılan bal dinləmə bloku üzrə yekun imtahan nəticəsi kimi əsas götürüləcək.

Dinləmə bloku imtahanında yenidən iştirak etmək istəyənlər 16 iyun saat 17:00-dək (15 İyun Milli Qurtuluş Günü istisna olmaqla) Dövlət İmtahan Mərkəzinə (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev, 299) ərizə ilə müraciət edə və ya şəxsiyyət vəsiqəsinin və imzalanmış ərizənin skan edilmiş surətini [email protected] poçtuna yollaya bilərlər.

İmtahan tarixi barədə yaxın günlərdə əlavə məlumat veriləcək”, – mərkəzdən qeyd olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu