fbpx

DİN açıqladı: Polis bölməsinin həyətində arvadın ərini bıçaqlaması xəbəri yalandı

BEY.AZ informasiya agentliyi xəbər verir


Daxili İşlər Nazirliyi (DİN) Bakıda qadının ərini bıçaqlaması ilə bağlı məlumat yayıb.

Metbuat.az-a daxil olan məlumatda deyilir:

“Vətəndaş H.Nadirov DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək həyat yoldaşı J.Nadirovanın ona övladlarını göstərməməsi səbəbindən intihar edəcəyini bildirib. Daha sonra həmin şəxs polislər tərəfindən Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə dəvət edilib. Orada onunla profilaktik söhbət aparılıb. H.Nadirovun həyat yoldaşı J.Nadirova da polis şöbəsinə dəvət olunub. Onlara aralarında yaranan mübahisənin həlli üçün məhkəməyə müraciət etmələri tövsiyyə edilib. Hər iki şəxs polis şöbəsinin inzibati ərazisini tərk edəndən sonra H.Nadirov təkrar polisə müraciət edərək qadının küt alətlə onun qol nahiyyəsinə xəsarət yetirdiyi barədə şikayət edib. Hadisə şöbənin inzibati binasında və ya həyətində vaş verməyib. Daha sonra hər iki şəxs yenidən şöbəyə gətirilib onların izahatları alınıb. Hadisə ilə bağlı ekspertiza təyin edilib. Araşdırmaların yekunudan və ekspertizanın rəyindən sonra hadisəyə hüquqi qiymət veriləcək”.

09:04

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin həyətində qeydə alınıb.

Belə ki, həyat yoldaşı N. J. tərəfindən övladları ilə görüşməyə icazə verilməyən 1988-ci il təvvəllüdlü N.H. adlı şəxs hündürmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onu fikrindən daşındıra bilib və polis bölməsinə aparıblar.

Daha sonra 34-cü polis bölməsinin həyətində N.H. ilə həyat yoldaşı arasında mübahisə düşüb. Nəticədə qadın üzərində gəzdirdiyi bıçaqla ona kürək nahiyəsindən xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu