fbpx

DİN: ““Son zəng” günü hər hansı ağır hadisə baş verməyib”

BEY.AZ informasiya agentliyi xəbər verir



“Son zəng” günü məzun ölümü ilə bağlı hər hansı ağır hadisə baş verməyib.

Metbuat.az xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib. O deyib ki, sosial şəbəkə seqmentlərində yayılan hər informasiya doğru deyil:

“Dəqiqləşdirməyi tövsiyə edirik. DİN-in mətbuat xidməti 7/24 rejimdə fəaliyyət göstərir.

“Son zəng” günü məzun ölümü ilə bağlı hər hansı ağır hadisə baş verməyib. Bütün ölkə üzrə DİN əməkdaşları – yol polisi, post-patrul xidməti və digər xidmət əməkdaşları gərgin rejimdə çalışıblar.

Bütün məzunları bu gün münasibətilə təbrik edirik, onlara təhlükəsiz həyat arzulayırıq”.

Xatırladaq kı, “oxu.az” saytı “son zəng” günündə məzunların qəzaya düşdükləri ilə bağlı xəbər yaymışdı.

***23:21***

“Son zəng”i qeyd edən məzunlar qəzaya uğrayıblar.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan məzunun həlak olduğu qeyd edilir.

Hadisə yerindən olan görüntüləri təqdim edirik:

***

Qəza Qaradağ rayonu Qobustan qəsəbəsində baş verib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, “İnfiniti” markalı avtomobilin aşması nəticəsində sürücü – 1997-ci il təvəllüdlü Həbib Mehtiyev ölüb.

Qəza zamanı avtomobildə olan sərnişin isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#DİN #Son #zəng #günü #hər #hansı #ağır #hadisə #baş #verməyib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu