fbpx

Direktorların işə qəbulu üzrə qeydiyyat başa çatıb

BEY.AZ informasiya agentliyi xəbər verir



Şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb.

Metbuat.az-a Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, elektron qeydiyyat prosesində 2956 namizəd iştirak edib.

Hazırda elektron ərizələrin yoxlanılması həyata keçirilir. Yoxlama prosesi başa çatdıqdan sonra test imtahanı mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Test imtahanı mərhələsində namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və əmək qanunvericiliyi, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Test imtahanında uğur qazanmış namizədlər yazı işi mərhələsinə dəvət olunacaqlar.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Direktorların #işə #qəbulu #üzrə #qeydiyyat #başa #çatıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu