fbpx

Doğum evində qaziyə hörmətsizlik edən həkim vəzifəli şəxs imiş



Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində qazidən rüşvət tələb olunmasının detalları məlum olub.

BEY.AZ xəbər verir ki, sözügedən doğum evinin baş həkimi Kəmalə Heydərova bildirib ki, baş vermiş hadisəni sosial şəbəkələrdə görüb:

“Doğum şöbəsinin həkimi Sevinc Məmmədova tərəfindən doğuş icra olunub. Hamilənin qızı dünyaya gəlib. Məsələ ilə bağlı xəstə yiyəsi tərəfindən bizə müraciət olunmayıb. Hazırda görüntülərdə əks olunan hadisə ilə bağlı həkimdən izahat alınır”.

Baş həkim K.Heydərova vurğulayıb ki, altı aydır rəhbərlik etdiyi xəstəxanada bu kimi mənfi halla ilk dəfədir qarşılaşır.

Ətraflı “Xəzər Xəbər”in süjetində:









MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin