fbpx

Yollarda duman səbəbilə DYP hərəkət iştirakçılarına müraciət edib

BEY.AZ informasiya agentliyi xəbər verir


Baş Dövlət Yol Polisi İdarəsinin avtomobil yollarındakı mövcud vəziyyətlə bağlı hərəkət iştirakçılarına müraciət ünvanlayıb.

Metbuat.az xəbər verir ki, müraciətdə deyilir:

“Respublika ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə bağlı hazırda ölkənin avtomobil yollarında, o cümlədən Muğanlı-İsmayıllı yolunun 40-ci kilometrliyində, Qaraməryəm-İsmayıllı-Şəki yolunun 28-62, 78-94 və 93-152-ci kilometrliklərində dumanlı və yağışlı, həmçinin Yevlax-Zaqatala-Gürcüstan yolunun 13-157- ci və Şəki-Qax yolunun 3-30-cu kilometrliklərində dumanlı hava müşahidə edilir.

Yolda məhdudiyyətli görünmə nişanların, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülər belə havalarda daha da diqqətli olmalı, sürət həddini hava şəraitinə uyğun seçməli, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmalı, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməli, xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidir.

Eyni zamanda piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamalı, belə havalarda yola çıxarkən daha məsuliyyətli olmalıdırlar”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Yollarda #duman #səbəbilə #DYP #hərəkət #iştirakçılarına #müraciət #edib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu