fbpx

Oğlu şahzadə Diana ilə qəzada ölən milyarder vəfat etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Oğlu şahzadə Diana ilə avtomobil qəzasında ölmüş məşhur biznesmen Məhəmməd Əl-Fayed 94 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, Yaxın Şərqdə biznes imperiyası quran Əl-Fayed 1970-ci illərdə Böyük Britaniyaya köçüb.

İngiltərənin “Fulhem” futbol klubunun, Parisdəki “Ritz” hotelinin və Londondakı “Harrods” univermağının sahibi olan məşhur biznesmen həyat yoldaşı Hayni ilə birlikdə Surrey qraflığında malikanədə yaşayırdı.

Əl Fayed 2010-cu ildə “Harrods”u Qətərin suveren fonduna satıb. Alış qiymətinin demək olar ki, yarısı şirkətin borclarının silinməsinə sərf edilib. Əl Fayedin Britaniya vətəndaşlığını almaq cəhdində iki dəfə uğursuzluğa düçar olub.

Kino rejissoru olan oğlu Dodi və o vaxtkı sevgilisi Uels şahzadəsi Diananın 1997-ci ildə hər ikisinin ölümü ilə nəticələnən avtomobil qəzasından sonra Əl Fayed uzunmüddət şok yaşadı.

Onun 2008-ci ilin fevralında aparılan istintaq zamanı verdiyi ifadələrdə ölümlərin Şahzadə Filipin göstərişi və Mİ6-nın razılığı ilə baş verdiyinə dair iddialar yer alırdı.

Aidə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Oğlu #şahzadə #Diana #ilə #qəzada #ölən #milyarder #vəfat #etdi

Bir Cevap Yazın

Başa dön tuşu