fbpx

Donbassda vəziyyət gəginləşdi – Kəndlər atəşə tutuldu

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukrayna təhlükəsizlik qüvvələri özünü Luqansk Xalq Respublikası elan etmiş ərazini atəşə tutmaqda davam edir.

Metbuat.az xəbər verir ki, bu barədə “Ria Novosti” açıqlama yayıb. Məlumata görə son 24 saat ərzində qoşunların təmas xəttində vəziyyət xeyli gərginləşib.

Luqansk Xalq Partiyasının rəhbəri Yan Leşçenko bildirib ki, Kiyev hərbi-siyasi rəhbərliyinin birbaşa göstərişi ilə münaqişəni gərginləşdirməyə cəhd edir.

Luqansk vilayətində Ukrayna hərbçiləri - RİA Novosti, 1920, 17.02.2022

“Ukrayna təhlükəsizlik qüvvələri səhər saatlarında beş yaşayış məntəqəsini atəşə tutub. Daha sonra daha üç hücum barədə məlumat yayılıb. Hazırda iki yeni hal qeydə alınıb”.

Baş verənlərlər bağlı Donetsk rəhbərliyi həmçinin bəyan edib ki, respublika ərazisi Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub. Donetskin kənarındakı Mandrikino kəndinə 82 mm çaplı beş mina atılıb. Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri də Horlivkaya atəş açıblar.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu