fbpx

Dörd rayonda ağaclar qanunsuz kəsilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin Nəsimi, Binəqədi rayonlarında, eyni zamanda Qəbələ və Şəmkir rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Metbuat.az xəbər verir ki, bunu Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Nəsimi rayonu, 20 Yanvar küçəsi, 3005-ci məhəllədə “Şərq İnşaat” MMC tərəfindən, Binəqədi rayonu, Teymur Yaqubov küçəsi 24 ünvanında Biləcəri bələdiyyəsi, Qəbələ rayonu, Çarxana kəndi ərazisində rayon sakinləri Yavər Mürsəlov və Kamal Zəkəryəyev, Şəmkir rayonu, Şəmkir-Qapanlı avtomobil yolunun sağ tərəfində isə Qapanlı kənd sakini Yusif İsmayılov tərəfindən kəsildiyi məlum olub.

“Faktlarla bağlı akt tərtib edilib. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Dörd #rayonda #ağaclar #qanunsuz #kəsilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu