fbpx

“Dost da, düşmən də bilsin ki, can Azərbaycan tək deyil”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Dost da, düşmən də bilsin ki, can Azərbaycan heç bir zaman tək deyil”.

Metbuat.az xəbər verir ki, bu barədə Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi Cənubi Qafqazda sülhün və normallaşma prosesinin başlanmasına şərait yaradıb. Nazir həmçinin Ermənistanın Azərbaycan mövqelərini atəşə tutması ilə bağlı “Ermənistana bir daha xəbərdarlıq edirik” deyə Yerevana xəbərdarlıq edib.

Bununla yanaşı Çavuşoğlu Türkiyənin Avropa İttifaqının konkret addımlar atmasını gözlədiyini də xatırladıb.

“Türkiyənin necə vazkeçilməz bir ölkə olduğunu yaratdığımız bir proqramla izah edəcəyik. Türkiyə Avropadır və Avropanın Türkiyəyə ehtiyacı var. Avropanın təhlükəsizliyinin Türkiyəyə ehtiyacı var. 360 dərəcə mənzərə ilə ətrafımızdakı hər bölgədə davamlı sülhün dili ilə davam etmək istəyirik”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu