fbpx

DOST mərkəzlərində “onlayn növbə” xidməti istifadəyə verilib

BEY MEDIA İnformasiya agenti xəbər verir


DOST mərkəzlərində “onlayn növbə” və “surdotərcümə” xidmətləri istifadəyə verilib.

Metbuat.az xəbər verir ki, artıq vətəndaşlar DOST mərkəzlərində xidmətlərdən “onlayn növbə” ilə yararlana bilərlər.

Bunun üçün DOST Agentliyinin rəsmi saytına daxil olmaq və əsas səhifədə qarşınıza çıxan “onlayn növbə” düyməsinə basmaq lazımdır. Ardınca açılan səhifədə xidmət almaq istdəyiniz mərkəz, xidmət istiqaməti, xidmət tarixi və vaxtını seçməklə, eləcə də, FİN nömrəsi və şəxsiyyət vəsiqəsinin nömrəsini daxil etməklə onlayn növbə əldə edə bilərsiniz.

Bundan əlavə, “onlayn növbə” götürərkən, eşitmə və nitq məhdudiyyətli şəxslər üçün surdotərcümə xidmətini seçmək də təklif olunur. Qeyd edək ki, surdotərcümə xidmətindən yararlanmaq üçün “onlayn növbə” götürmək mütləqdir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu