fbpx
Xəbərlər

Dövlət investisiyaları tədricən özəl investisiyalarla əvəzlənəcək

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Dövlət investisiyaları tədricən özəl investisiyalarla əvəzlənəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.

Sənəddə qeyd edilib ki, milli xərc prioritetlərinə daxil olan, xüsusilə də işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması ilə bağlı layihələrin maliyyələşdirilməsinə özəl investisiyaların cəlb olunması məqsədilə əlverişli və etibarlı investisiya mühitinin yaradılması sahəsində görüləcək işlər dəstəklənəcək. Ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi, daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılması, qeyri-neft ixracının stimullaşdırılması, iqtisadiyyatın liberallaşdırması, investisiya mühitinin yaxşılaşdırılması üçün daha təsiredici addımların atılması, dövlət əmlakının özəlləşdirilməsinin və aktivlərinin satışının sürətləndirilməsi, dövlət müəssisələrində mütərəqqi korporativ idarəetmə üsullarının tətbiq edilməsi yolu ilə fəaliyyətlərinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər büdcə siyasəti çərçivəsində dəstəklənəcək.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Dövlət #investisiyaları #tədricən #özəl #investisiyalarla #əvəzlənəcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu