fbpx
Xəbərlər

Dövlət nəzarətsiz qalan uşağa sahib çıxdı

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda anası tərəfindən evdə tək buraxıldığı üçün nəzarətsiz qalan azyaşlı təhsilə cəlb edilib.

Metbuat.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.

Onun sözlərinə görə, nəzarətsiz qalaraq təhlükəli vəziyyətə düşən azyaşlının hüquqlarının müdafiəsi və maraqlarının təmin olunması, eyni zamandan ailəyə dəstək göstərilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən müvafiq tədbirlər davam etdirilir.

T.Mərdanoğlu bildirib ki, növbəti tədbir olaraq, Yasamal rayonunda yerləşən özəl müəssisələrin birinin təşəbbüsü əsasında Dövlət Komitəsinin nümayəndəsi uşağın anası və ailəyə dəstək göstərən E.İbrahimova (qonşu) ilə birlikdə həmin müəssisəyə səfər edib və azyaşlının məktəbəqədər təhsilə cəlb edilməsi təmin edilib.

Qeyd edək ki, fevralın ayının əvvəlində evdə tək qalan azyaşlı uşağın yaşadıqları Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən binanın mənzillərinin birində eyvana çıxaraq təhlükəli vəziyyətdə olmasını əks etdirən videogörüntü yayılıb.

Həmin vaxt dərhal Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşları, Yasamal Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi və Daxili İşlər Nazirliyinin Yasamal rayonu üzrə Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru qeyd edilən ünvanda yerləşən ailəyə səfər həyata keçiriblər.

Məlum olub ki, 6 yaşlı uşağın anası A.Ə evin yaxınlığında yerləşən şirniyyat müəssisəsində işləyir və uşağı evdə nəzarətsiz şəkildə tək qoyaraq işə gedib. Buna görə də ailə nəzarətə götürülüb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu