fbpx

Dudayevin döyüşçüləri 2 min “kadırovçu”nu məhv etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Kiyev yaxınlığında baş verən döyüşlər zamanı Şeyx Mənsur adına çeçen batalyonunun “kadırovçular” adlanan xüsusi motoatıcı alayın 2 min silahlısını öldürdüyü üzə çıxıb. 700 silahlı yaralanıb.

Metbuat.az xəbər verir ki bu barədə Türkiyənin “Yeni Akit” qəzeti məlumat yayıb. Bildirilib ki, Ukraynada Rusiya ordusu sıralarında Kadırovun şəxsi mühafizəsinin 10 min üzvü iştirak edib. Şeyx Mənsur adına çeçen batalyonu da məhz “kadırovçu”ların döyüşdüyü cəbhəyə gedərək, onlarla mübarizə aparıb.

Qeyd edək ki, hazırda Ukraynada Kiyevi dəstəkləyən iki böyük çeçen qrup var. Onlardan biri Dudayevin dəstəkçiləridir. Digər qrup da Ramzan Kadırova qarşı mövqeyi ilə seçilir. Məlumata görə, bu qruplar 2014-cü ildən bəri rusiyameyilli qüvvələrə və Rusiya ordusuna qarşı mübarizə aparır.

1996-cı ildə Rusiyanın hücumu nəticəsində həlak olan Cövhər Dudayev Moskvanın işğalına qarşı mübarizənin lideri olub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu