fbpx

Dünyada ən çox həbs cəzası verilən ölkə məlum olub

BEY.AZ informasiya agentliyi xəbər verir


Dünyada ən çox həbs cəzası Çinin Uyğur mahalından verilir.

Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, Çinin Sincan əyalətinin Konaşəhərində terrorla bağlı ittihamlarında hər 25 müsəlmandan biri həbs cəzasına məhkum edilib.

Associated Press” əldə etdiyi siyahıda həbsxanaya göndərilən məhkumların arasında 10 mindən çox uyğurun adını aşkarlayıb. Son illərdə Çin əsasən müsəlman azlıq olan uyğurlara qarşı vəhşicəsinə basqılar aparır və bunu “terrora qarşı mübarizə” adlandırırlar.

Bu siyahı indiyə qədər həbsdə olan uyğurların adları ilə ortaya çıxan ən böyük siyahıdır. Bu da təxminən bir milyon və ya daha çox insanın həbs düşərgələrə və həbsxanalara günahsız göndərildikləri anlamına gəlir. İnsan hüquqları müdafiəçilərinin illərlə Çinin qanunları repressiya silahı kimi istifadə etməsi iddiası özünü doğruldub. Çin uyğurları nəzarətdə saxlamaq üçün uzunmüddətli həbs sisteminə arxalanır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu