fbpx

Dünyada rezonans yaratdı – Ərdoğan 50 milyard dollarla “qayıdır”

BEY.AZ informasiya agentliyi xəbər verir



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfəri dünya mediasında diqqət mərkəzində olub.

Metbuat.az xəbər verir ki, Ərdoğan və BƏƏ lideri Şeyx Mohammed Bin Zayed Al Nahyan arasında 13 sahədə müqavilə imzalanıb. 50,7 milyard dollarlıq müqavilə bütün dünyada rezonans doğurub. Müqavilə dünya mətbuatında geniş müzakirə edilib.

“Ərdoğanın körfəz turu tamamlandı” başlıqlı xəbərdə “AFP” agentliyi səfərin yekununda 50 milyard dollarlıq müqavilə imzalandığını bildirib. Böyük Britaniyanın “Financial Times” qəzeti “BƏƏ ilə Türkiyə milyardlarla dollarlıq müqavilə imzaladı” başlıqlı xəbərdə belə yazıb: “Birləşmiş Ərəb Əmirlikləri, Prezident Rəcəb Tayyib Ərdoğanın neftlə zəngin körfəz ölkələrinə səfəri zamanı Türkiyə ilə 50 milyard dollar dəyərində təxmin edilən müqavilələr imzaladığını açıqlayıb”. “Amerikanın Səsi”, “Bloomberg”, “Əl Ərəbiyyə” də Ərdoğanın səfəri barədə yazıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Dünyada #rezonans #yaratdı #Ərdoğan #milyard #dollarla #qayıdır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu