“Dünyanı dağıdaram! Şərəf, ləyaqətimi alçatmısan”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Qalib olmağım uğur deyil, haqqım idi, uddum. Adam görüntülü şəkildə adımı, soyadımı ifadə edərək şərəf və ləyaqətimi alçaltmışdı. Bir çox bəndlərdə… Mən biri ilə vermişdim, linqvistik ekspertizada 10 təhqir əlaməti çıxdı”.
Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, bu sözləri məşhur şairə Nazilə Səfərli “Səhər mərkəzi” proqramında qonaq olarkən deyib.
N. Səfərli rəqqasə Fatimə Fətəliyevanın apellyasiyaya müraciət etməsi barədə açıqlamasına münasibət bildirib. Şairə qarşı tərəf efirdə müraciət edərək ondan və ailəsindən üzr istəməsini tələb edib:
“Mən bu işi şouya görə etmədim. Böyük oğlanlarım var. Eşitdim ki, apellyasiyaya verəcək. İndidən deyim, yalandan xərc çəkirsən. Çünki mənim gördüyüm, məhkəməyə təqdim etdiyi görüntünü heç bir hakim ləğv edə bilməz. Dünyanı dağıdaram! Şərəf, ləyaqətimi alçatmısan, sənə güldən ağır söz deməmişəm. Yol yaxınkən geri dön. Sən qürur edirsənsə, mən onu sındıraram. Qürur yeri deyil. Mənim qürurum alçaldılıb. Bu günə kimi bağışlamışam. Amma heç vaxt əxlaqıma dil uzatmamışdın. Biz düşmən deyilik. Dediyini sübut eləməli idi. Olmayan şeyi necə etsin? Nəinki məndən, ərim və oğlanlarımdan üzr istəyəcək. Şər başqa şeydir”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Dünyanı #dağıdaram #Şərəf #ləyaqətimi #alçatmısan