fbpx

Polis çimərliklərə girişi dayandırıb?

BEY.AZ informasiya agentliyi xəbər verir


Polislər axşam saatlarında çimərliklərə girişi dayandırıblar.

Metbuat.az xəbər verir ki, bu barədə oxu.az-a ətrafdakı vətəndaşlar məlumat veriblər.

Bildirilib ki, polis əməkdaşları girişi bağlayan zaman heç bir xəbərdarlıq etməyiblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, polis əməkdaşları tərəfindən ictimai çimərliklərə təhlükəsizlik məqsədilə havanın qaranlıq saatlarında giriş dayandırılır:

“Batma və boğulma təhlükəsi yarana bilər. Qeyd edilən bütün tədbirlər vətəndaşların mühafizəsi və təhlükəsizliyi üçün həyata keçirilir. Xahiş edirik ki, təhlükəsizliklə bağlı olan bu məsələləri vətəndaşlar nəzərə alsınlar”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Polis #çimərliklərə #girişi #dayandırıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu