fbpx

Düşərgə toplanışına cəlb edilən kursantlarla praktiki məşğələlər keçirilir

BEY.AZ informasiya agentliyi xəbər verir


Heydər Əliyev adına Hərbi İnstitutun tədris planı və proqramına uyğun olaraq düşərgə toplanışına cəlb edilən kursantlarla praktiki məşğələlər keçirilir.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, keçirilən məşğələlər zamanı azimutla hərəkət, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, patrul xidmətinin təşkili, eləcə də meşəlik ərazilərdə aşkar edilən şərti düşmənin pusquya salınaraq məhv edilməsi üzrə tapşırıqlar icra edilib. Həmçinin kütləvi qırğın silahlarından mühafizə üzrə dərslərdə də kursantlar fəal iştirak ediblər.

Düşərgə toplanışı zamanı çalışmaların yerinə yetirilməsində əsas diqqət kursantların praktiki və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Düşərgə #toplanışına #cəlb #edilən #kursantlarla #praktiki #məşğələlər #keçirilir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu