fbpx

DYP moped sürücülərinə çağırış edib

BEY.AZ informasiya agentliyi xəbər verir


“Yol hərəkəti qaqqında” qanun 27-ci maddəsinə edilmiş əlavə dəyişikliyə əsasən 2023-cü ilin 1 avqust tarixindən hərəkət surəti 50 km/ saat dan yuxarı olan mopedlərin qeydiyyatına alınması və sürücülük hüququ yəni A1 kateqoryasının tələb olunması anlayışları qanuni tələb kimi formalaşıb.

Bunu Metbuat.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli bildirib.

O qeyd edib ki, hazırda bu tip nəqliyyat vasitələri idarə edənlər arasında təbliğat maarifləndirmə işi aparılır, qanunvericiliyin tələbləri izah edilir.

Polis mayorunun sözlərinə görə, Bakı şəhərində aparılan işlərin əsas məqsədi moped sürücülərini maarifləndirməkdir və onlara lazımi köməkliyin göstərilməsi, hüquqlarının qanunvericiliyə uyğun tənzimlənməsidir.

“İnzibati tədbirlərdən daha çox üstünlük ona verilir ki, həmin nəqliyyat vasitələri qeydiyyata qoyulmaqla onlar mopedləri idarə etmək hüququ yaradan sürücülük vəsiqələri təmin olunsunlar. Bunlarla bağlı hazırda onlara zəruri köməkliklər göstərilir”, – A.Əsgərli deyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#DYP #moped #sürücülərinə #çağırış #edib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu