fbpx

DYP valideynlərə və sürücülərə müraciət etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) valideynlərə və sürücülərə müraciət edib.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, müraciətdə deyilir:

“Əziz valideynlər uşaqlarımızın yollarda arzuolunmaz hadisələrlə üzləşməməsi, həyatımızı həsr etdiyimiz doğmalarımızın bədbəxt hadisənin qurbanına çevrilməməsi üçün bir daha sizlərə müraciət edirik.

Azyaşlı övladlarınızı nəzarətsiz qoymayın. Onlara yeraltı və yerüstü, nizamlanan və nizamlanmayan piyada keçidlərindən istifadə zamanı ehtiyatlı olmaları barədə məlumatlandırın, yol hərəkəti qaydaları haqda bilik və vərdişlərin aşılanmasında fəal iştirak edin.

Eyni zamanda bütün sürücülərdən xahiş edirik ki, yollarda diqqətli olsunlar, nəzərə alsınlar ki, bir insanın xəsarət alması və ya həyatını itirməsi cəmiyyətimiz üçün çox böyük bir faciə olmaqla yanaşı, onu törədən şəxsin də ömürlük peşmançılıq yaşamasına səbəb olur”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#DYP #valideynlərə #və #sürücülərə #müraciət #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu