fbpx

“Efes-2022” çoxmillətli təlimində növbəti mərhələnin tapşırıqları icra olunub

BEY.AZ informasiya agentliyi xəbər verir

Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təlimi davam edir.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, beynəlxalq təlimin planına əsasən hərbi qulluqçular tapançadan, müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan praktiki atışlar yerinə yetiriblər.

Bundan başqa yaralanan hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və onun təhlükəsiz şəkildə təxliyə olunması, eləcə də axtarış-xilasetmə əməliyyatları üzrə tapşırıqlar uğurla icra olunub.

Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının cəlb olunduğu beynəlxalq təlim iyunun 9-dək davam edəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu