fbpx

Efiopiyanın xarici işlər naziri Azərbaycana gəlib

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizə səfərdə olan Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Demeke Mekonnen ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə tərəflər iqtisadi, ticarət və humanitar sahələrdə ölkələrimiz arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Müntəzəm qarşılıqlı səfərlərin və Xarici İşlər Nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyətli olduğunu bildiriblər.

Tərəflər beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın əhəmiyyətini və bu təşkilatlar çərçivəsində, xüsusən ərazi bütövlüyü və suverenliyi ilə bağlı qarşılıqlı dəstəyin vacibliyini vurğulayıblar.

Nazir Ceyhun Bayramov Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğal dövrü, habelə post-münaqişə zamanı ölkəmiz tətəfindən görülən işlər barədə qarşı tərəfə məlumat verib.

Görüş zamanı, eyni zamanda digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Efiopiyanın #xarici #işlər #naziri #Azərbaycana #gəlib

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin