fbpx

“Qarabağ” “Neftçi”yə qalib gəldi

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Futbol üzrə Azərbaycan Premyer Liqasında dövrənin sonuncu – IX turunun son oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, günün mərkəzi matçında “Qarabağ” “Neftçi”nin qonağı olub.

Qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Komandanın ilk qolunu 46-cı dəqiqədə Juninyo vurub. 88-ci dəqiqədə isə Redon Cica fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran “köhlən atlar” birinci pilləyə yüksəlib. “Ağ-qaralar” isə 12 xalla beşinci sırada qərarlaşıb.

Qeyd edək ki, günün ilk görüşündə “Sumqayıt” “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib. IX turun digər matçlarında “Zirə” “Turan Tovuz”a (2:1), “Səbail” “Qəbələ”yə (1:0) qalib gəlib. “Sabah” – “Araz-Naxçıvan” (1-1) qarşılaşmasında isə qalib müəyyənləşməyib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qarabağ #Neftçiyə #qalib #gəldi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu