fbpx

Efirdə gərginlik: Aparıcı Vasif Məhərrəmlini Rəhimə görə qınadı

BEY.AZ informasiya agentliyi xəbər verir


ARB TV-nin “Elgizlə İzlə” verilişinin aparıcısı Pərvanə Tahirqızı ilə Vasif Məhərrəmli arasında efir zamanə gərginlik yaşanıb.

Metbuat.az xəbər verir ki, aparıcı Vasif Məhərrəmlinin Rəhim ölən günü ayaq görüntülərini paylaşmasını düzgün hesab etməyib: “Camaat bunu bilmirdi. Mən bir Rəhim sevən olaraq bunu qəbul etmirəm”.

“Ay xanım, bir dəqiqə dayan. Sözümü deyim sonra. Yazırlar ki, Rəhimin sağlığında bunu niyə paylaşmırdınız, indi paylaşırsınız? Mən Rəhimin sağlığında bunu necə paylaşım? Rəhim mənə deyərdi ki, mənim videomu niyə paylaşmısan? Mənim baxış bucağım, mənim fəlsəfəm budur. Mən Rəhimi qorumuşam”,- deyə Vasif Məhərrəmli aparıcıya cavab verib.

O həmçinin bildirib ki, Rəhim Rəhimlinin imkanı yaxşı olub. Əksinə, o, insanlara özü kömək uzadıb:

“Camaat yazır ki, Rəhimə heç kim kömək etmədi. Siz bilmirsiniz, amma Rəhim özü hamıya köməklik edirdi. Nə olmuşdu ki Rəhimə? Mən sezonda on toyda olurdumsa, onun doqquzunda Rəhim də iştirak edirdi. Rəhim yarım saatlıq çıxışı üçün 3500 manat qonorar alırdı. Elə olurdu ki, günə 10 min manat qazanırdı. Rəhim ac-yalavac idi ki? Rəhimin Tarqovunın mərkəzdəki evinin 2 milyon qiyməti var. Yeni tikilən binalardan birində təmirli evi var idi, köçməyə hazırlaşırdı. Rəhim onun-bunun cibinə pul qoyurdu, kömək edirdi”.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin