Əfsanə futbola qayıdır – Türkiyə klubu ilə anlaşdı
Bundan əvvəl Türkiyədə “Qalatasaray”dan başqa klubda işləmək istəməyən Fatih Terim fikrini dəyişib.
BEY.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, Terim yaxınlarına Türkiyədə yenidən çempion olmaq istədiyini ifadə edib. “Qalatasaray”da işlər uğurlu davam etdiyinə görə Terimin kluba qayıdacağı hələlik real deyil. Fatih Terimin Superliqa təmsilçisi “Başakşehir”də işləyə biləcəyi irəli sürülür.
Yerli media tərəflərin razılaşmaq üzrə olduğunu yazıb.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |