fbpx

Zelenski Ukraynanın təmas qrupundakı nümayəndə heyətini ləğv edib

Prezident Volodimir Zelenski Ukraynanın şərqindəki vəziyyəti həll etmək üçün ölkənin təmas qrupundakı nümayəndə heyətini rəsmən ləğv edib.

“BEY.AZ” xəbər verir ki, bununla bağlı müvafiq sərəncamlar cümə axşamı dövlət başçısının saytında yerləşdirilib.

“Ukrayna Prezidentinin 5 may 2020-ci il tarixli 167/2020 nömrəli “Ukraynanın Üçtərəfli Əlaqə Qrupunda iştirak etmək üçün nümayəndə heyəti haqqında” Fərmanı qüvvədən düşmüş hesab edilsin”, – sənəddə deyilir.

Ümumilikdə, dünənki fərman Ukrayna nümayəndə heyətinin təmas qrupunda fəaliyyəti və heyətin tərkibi ilə bağlı 2020-2021-ci illər üzrə Prezidentin altı fərmanını ləğv edir.

Sənəd dərc edildiyi gündən qüvvəyə minib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu