“El Klasiko”da dünya rekordu
BEY.AZ informasiya agentliyi xəbər verir
Qadınlar arasında keçirilən Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” – “Real” oyunu yeni dünya rekordu ilə tarixə düşüb.
Metbuat.az xəbər verir ki, “Nou Kamp” stadionundakı “El Klasiko”nu 91 min 553 tamaşaçı izləyib.
Görüş “Barselona”nın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda da rəqibini 3:1 hesabı ilə məğlub edən kataloniyalılar yarımfinalda “Arsenal” – “Volfsburq” cütünün qalibi ilə qarşılaşacaq.
Bundan əvvəlki rekord 1999-cu ildə qadınlar arasında dünya çempionatının finalında olub. Los-Ancelesdəki “Rose Bowl” Stadionunda ABŞ və Çin arasında keçirilmiş kubokun finalında 90195 nəfər iştirak edib.
Bundan əlavə, cari mövsümdə La Liqada “Nou Kamp”da kişilər arasında keçirilən “El Klasiko” matçını 86 min 466 nəfər izləyib.
Qeyd edək ki, Çempionlar Liqasının final matçı mayın 21-də Turində keçiriləcək. “Barselona” turnirin son qalibidir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.