fbpx

Gürcü futbolçuya fantastik təklif

BEY.AZ informasiya agentliyi xəbər verir



“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya üçün flaş transfer iddiası ortaya atılıb.

Metbuat.az xəbər verir ki, “Nyukasl Yunayted” Xviça Kvaratşeliya üçün “Napoli”yə təklif göndərib. Səudiyyə Ərəbistanı mətbuatının məlumatına görə, “Nyukasl Yunayted” 22 yaşlı sol cinah oyunçusu üçün “Napoli”yə 95 milyon avro təklif edib. Xəbərdə bildirilir ki, “Napoli” prezidenti Aurelio De Laurentiis sözügedən təklifi rədd etməyib. Klub rəhbəri hələlik yekun qərarını verməyib.

Qeyd edək ki, “Napoli”nin çempion olduğu mövsümdə A Seriyasında və Çempionlar Liqasında 43 oyun keçirən Xviça Kvaratsxeliya 14 qola və 17 məhsuldar ötürməyə imza atıb. “Napoli” 22 yaşlı futbolçunu Batumi “Dinamo”sundan 11,5 milyon avroya transfer edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Gürcü #futbolçuya #fantastik #təklif

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu