fbpx

“Əl-Nəssr” 200 milyon ödədiyi Ronaldo ilə bağlı yeni qərar verdi


Səudiyyə Ərəbistanının “Əl-Nəssr” komandası müqaviləsi 2025-ci ildə başa çatacaq Kriştiano Ronaldonun müqaviləsini uzatmaq üçün hərəkətə keçib.

BEY.AZ xəbər verir ki, “Əl-Nəssr” illik 200 milyon avro maaş ödədiyi Kriştiano Ronaldoya yeni müqavilə təklif etməyə qərar verib. “TalkSport”da yer alan xəbərə görə, “Əl-Nəssr” Ronaldonun 2025-ci ildə başa çatacaq müqaviləsini daha bir il uzatmaq istəyir. Portuqaliyalı ulduzun Ərəbistanda futbol oynamağa davam etməkdə maraqlı olduğu bildirilsə də, onun Avropaya qayıtmaq ehtimalı da var.

Qeyd olunub ki, Ərəbistan klubu super ulduzu bir neçə il ölkədə saxlamağı hədəfləyir. Qeyd edək ki, Ronaldo “Əl-Nəssr”də 60 oyunda 56 qol vurub, 14 məhsuldar ötürmə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




Bir Cevap Yazın