fbpx

Elçin Əlibəyli qəzanın detallarını açıqladı

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qəza baş verəndə Oqtaygil çəkilişdən qayıdıb bağ evinə gedirlərmiş. Avtomobili də Oqtayın özü sürürmüş”.

Metbuat.az xəbər verir ki, bunu report-a mərhum Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin qardaşı Elçin Əlibəyli bildirib.

E.Əlibəyli qardaşının ölümündən çox kədərləndiyini vurğulayıb.

Vida mərasimi keçirilən zaman mərhumun evinə təcili tibbi yardım da çağırılıb. Elçin Əlibəyli təcili tibbi yardımın halı pisləşən valideynləri və Dilarə Əliyeva üçün gəldiyini bildirib.

Təcili yardım həkimi bildirib ki, mərhumun yaxınlarının səhhəti hazırda normaldır.

Qeyd edək ki, martın 22-də Abşeron rayonunda qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev dünyasını dəyişib. Qəza nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Elçin #Əlibəyli #qəzanın #detallarını #açıqladı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu