fbpx

Elektron siqaretin ürəyə mənfi təsiri üzə çıxıb

BEY.AZ informasiya agentliyi xəbər verir


ABŞ alimləri siqaretin erkək siçanların ürək-damar sisteminə mənfi təsirini aşkar ediblər.

Metbuat.az xəbər verir ki, tədqiqatı ABŞ-ın Ohayo Dövlət Universiteti Tibb Kollecinin tədqiqatçıları aparıb. Bunun üçün alimlər laboratoriya siçanlarını vape aerozoluna – qliserin və nikotinin qarışığına batırıb, sonra isə sınaq subyektlərinin orqanizminə təsirini müşahidə ediblər. Testin əvvəlində siçanların yaşı 12 yaşlı uşağa uyğun olub və təcrübənin sonunda siçanlar 30 yaş həddində orqanizmaya sahib olublar. Məlum olub ki, siqaretin zərərləri yalnız erkek siçanların orqanizmində özünü büruzə verib, dişilərə isə ciddi təsir göstərməyib. Bundan əlavə, bioloqlar siçanlarda nikotinin emalından məsul olan “CYP2A5” səviyyəsinin yüksəldiyini aşkar ediblər.

Qeyd edək ki, 2021-ci ilin oktyabrında amerikalı tədqiqatçılar elektron siqaretlərin tərkibində istehsalçılar tərəfindən iddia edilməyən mindən çox naməlum maddə və kimyəvi birləşmələr müəyyən etmişdilər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu