fbpx

Əməkdar artist xəstəxanaya yerləşdirildi

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Əməkdar artist Gülbahar Şükürlü xəstəxanaya yerləşdirilib.

BEY.AZ Axşam.az-a istinadən bildirir ki, qarmon ifaçısının səhhətində yenidən problem yaranıb. O, artıq bir neçə gündür xəstəxanadadır.

G.Şükürlünün telefonuna cavab verən və özünü onun yaxını kimi təqdim edən xanım Axşam.az-a açıqlamasında “Hazırda vəziyyəti yaxşıdır. Belə getsə, xəstəxanadan evə buraxılacaq. Müalicəsi davam edir” sözlərini söyləyib.

Qeyd edək ki, aparıcı Elgiz Əkbər G.Şükürlünün başında yenidən şiş aşkarlandığını açıqlamışdı. Musiqiçi saytımıza açıqlamasında şişin xoşxassəli olduğunu, həkimlərin əməliyyata ehtiyac olmadığını deyib.

Xatırladaq ki, bir neçə il əvvəl G.Şükürlünün beynində şiş aşkarlanmış və əməliyyat olunmuşdu.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Əməkdar #artist #xəstəxanaya #yerləşdirildi

Bir Cevap Yazın

Başa dön tuşu